Bank Of Baku

ABŞ-da işçi ixtisarının miqyası son 64 ildə maksimal həddə çatıb

ABŞ-da işçi ixtisarının miqyası son 64 ildə maksimal həddə çatıb
# 08 yanvar 2009 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 7-də Amerika fond bazarında Dow Jones indeksi 2,7% - 8769,70 bəndədək, S&P 500 3,0% - 906,65 bəndədək, Nasdaq isə 3,2% - 1599,06 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında indekslərin enməsinə əsasən ölkədə məşğulluq sahəsinə dair məlumatlar təsir edib. Belə ki, dekabr ayında ABŞ iqtisadiyyatının özəl bölməsində 693 min iş yeri ixtisar olunub və bu, analoji noyabr göstəricisindən 217 min, iqtisadçıların proqnozlarından isə 220 min çoxdur. Qeyd edək ki, məşğulluq üzrə rəsmi statistika ABŞ hökuməti tərəfindən yanvarın 9-da açıqlanacaq. Eyni zamanda, «Bloomberg» agentliyinin proqnozlarına görə, ümumilikdə 2008-ci ildə ixtisarların sayı 2,4 mln. iş yeri təşkil edib ki, bu da 1945-ci ildən sonra ən yüksək göstəricidir.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 2,38% - 4507,51 bəndədək, Fransa CAC-40-ı 1,48% - 3346,09 bəndədək, Almaniya DAX-ı isə 1,77% - 4937,47 bəndədək enib. Avropada aparıcı indekslərin enməsi dünyada xammala olan qiymətlərin düşməsi və ABŞ-da işsizlik haqqında bazara daxil olan mənfi məlumatlar səbəbindən baş verib. Qeyd edək ki, neftlə yanaşı mis və alüminiumun qiymətləri düşüb və bu, neft-qaz, dağ-mədən və metallurgiya şirkətlərinin səhmlərini ucuzlaşdırıb. Belə ki, dağ-mədən sahəsinin aparıcı şirkətləri olan «Rio Tinto» və «BHP Billiton» şirkətlərinin səhmləri müvafiq olaraq 6% və 8%, BP-nin səhmləri 5,6%, «Total»in səhmləri 3,7%, «Royal Dutch Shell»in səhmləri 4,3% dəyərdən düşüb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3627 (+0,81%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR