Bank Of Baku

Dow Jones indeksi 0,3% enib, S&P 500 isə 0,3%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 0,3% enib, S&P 500 isə 0,3%, Nasdaq 1,1% yüksəlib
# 09 yanvar 2009 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 8742,46 bəndədək enib, S&P 500 isə 0,3% - 909,73 bəndədək, Nasdaq 1,1% - 1617,01 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında indekslərin fərqli istiqamətlərdə dəyişməsi makroiqtisadi və korporativ xəbərlərin təsirindən baş verib. Belə ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı 24 min azalaraq 467 min təşkil etdiyi halda, bir həftədən artıq müddət ərzində müavinət alan işsizlərin sayı 101 min nəfər artaraq 4,6 mln. nəfərə çatıb ki, bu da 1982-ci ildən sonra ən yüksək göstəricidir. Digər tərəfdən, ABŞ-ın ən iri pərakəndə ticarət şəbəkələri olan «Wal-Mart Stores», «Saks», «Limited Brands» və «Gap» şirkətlərinin ticarət dövriyyəsinin azalmasını əks etdirən məlumatlar bazara mənfi təsir edib. Nəhayət, İngiltərə Bankının uçot dərəcəsini 1,5%-dək azaldılması barədə qərarı da dünya iqtisadiyyatında mövcud problemlərin dərinləşməsinin göstəricisi kimi qiymətləndirilib. Qeyd edək ki, 315 illik tarixə malik olan İngiltərə Bankının faiz dərəcəsi hələ 1,5%-dək enməmişdir.
Eyni amillər Avropa bazarlarında da hökm sürüb. Nəticədə, Britaniya FTSE 100 indeksi 0,05% - 4505,37 bəndədək, Fransa CAC-40-ı 0,65% - 3324,33 bəndədək, Almaniya DAX-ı isə 1,17% - 4879,91 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3627 (+0,16%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR