Bank Of Baku

Dünya bazarında neftin ucuzlaşması davam edir

Dünya bazarında neftin ucuzlaşması davam edir
# 12 yanvar 2009 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,87 dollar və ya 2,09% azalaraq 1 barelə görə 40,83 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar azalaraq 44,42 dollar təşkil edib.
Mütəxəssislər qeyd edir ki, OPEC-in neft hasilatını azaltması bazara hələ də müsbət təsir göstərməyib. Bununla bağlı müxtəlif bəyanatlar səslənir. Belə ki, Səudiyyə Ərəbistanı fevralda gündəlik neft hasilatını 300 min barel azaldacağını bəyan edir və bu, ölkənin OPEC qarşısında götürdüyü öhdəliklərdən daha çoxdur. Bundan başqa, OPEC-də İran nümayəndəsi Məhəmməd Əli Xatibinin sözlərinə görə, yaxın zamanlarda neft bazarında qiymətlərin düşməsi tendensiyası dayanmasa, mart ayında OPEC-in neft hasilatının yenidən azaldılmasına dair qərarın qəbul edilməsi istisna olunmur. Əlavə edək ki, əgər OPEC rəsmiləri öz qərarlarının müsbət təsirinin olub-olmamasına şübhə ilə yanaşırsa, deməli neft bazarında vəziyyət tədricən nəzarətdən çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR