Bank Of Baku

Dow Jones indeksi 1,64%, S&P 500 isə 2,13%, Nasdaq 2,81% enib

Dow Jones indeksi 1,64%, S&P 500 isə 2,13%, Nasdaq 2,81% enib
# 12 yanvar 2009 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 9-da Amerika fond bazarında Dow Jones indeksi 1,64% - 8599,18 bəndədək, S&P 500 2,13% - 890,35 bəndədək, Nasdaq isə 2,81% - 1571,59 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında indekslərin enməsinə əsas səbəb ABŞ-ın Əmək Nazirliyinin ölkədə işsizlik üzrə statistikanı açıqlaması faktı olub. Belə ki, dekabrda işsizlik noyabr ayı ilə müqayisədə 0,4 faiz bəndi artaraq 7,2%-ə çatıb. Ümumilikdə, 2008-ci ildə ölkədə iş yerlərinin sayı 2,6 mln. azalıb ki, bu da yalnız 1945-ci ilin göstəricisi ilə (2,75 mln.) müqayisə oluna bilər.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,26% - 4448,54 bəndədək, Fransa CAC-40-ı 0,75% - 3299,50 bəndədək, Almaniya DAX-ı isə 1,97% - 4783,89 bəndədək enib. Avropa indeksləri də ABŞ-da makroiqtisadi göstəricilərə və Avropa şirkətlərinin mənfi korporativ xəbərlərinə adekvat reaksiya verib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3386 (-1,77%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR