Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 50 min dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 50 min dollarlıq əqd bağlanıb
# 12 yanvar 2009 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8020 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8504 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 40 100 AZN, sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi isə 0,8020 AZN/$1 təşkil edib.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 50 min dollar və ya 40 100 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 50 min dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,57%, ABŞ dolları üzrə isə illik 16,14% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1,5 mln. avro, müddəti 180 gün, faiz dərəcəsi isə illik 15,50% olan 1 əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR