Bank Of Baku

Dow Jones indeksi 1,46%, S&P 500 isə 2,26%, Nasdaq 2,09% enib

Dow Jones indeksi 1,46%, S&P 500 isə 2,26%, Nasdaq 2,09% enib
# 13 yanvar 2009 08:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 12-də Amerika fond bazarında Dow Jones indeksi 1,46% - 8473,97 bəndədək, S&P 500 2,26% - 870,26 bəndədək, Nasdaq isə 2,09% - 1538,79 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında indekslərin enməsi əsasən iki səbəblə bağlıdır. İlk növbədə bir sıra şirkətlərin IV rüb üzrə hesabatlarının açıqlanması ərəfəsində səslənən proqnozları bazar iştirakçıları reallıqla müqayisədə optimist hesab edərək, daha mənfi göstəricilər gözləyirlər. Bundan başqa, neftin artıq ardıcıl beş ticarət sessiyasında ucuzlaşması neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərini ucuzlaşdırıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,50% - 4426,19 bəndədək, Fransa CAC-40-ı 1,62% - 3246,12 bəndədək, Almaniya DAX-ı isə 1,34% - 4719,62 bəndədək enib. Avropada aparıcı indekslərin enməsini müşahidəçilər dünya iqtisadiyyatının ümumi vəziyyətinin pisləşməsi ilə əlaqələndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR