Bank Of Baku

Dünya bazarında neftin qiyməti 37,6 dollara düşüb

Dünya bazarında neftin qiyməti 37,6 dollara düşüb
# 13 yanvar 2009 09:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 3,24 dollar və ya 7,94% azalaraq 1 barelə görə 37,59 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,51 dollar azalaraq 42,91 dollar təşkil edib.
Beləliklə, bazar iştirakçılarının dünya iqtisadiyyatının tez bir zamanda bərpasına və OPEC-in qərarının qiymətlərin artmasına təsir edəcəyinə inanmadığını göstərir. Eyni zamanda, ABŞ-ın «Goldman Sachs» bankı həftəlik icmalında qeyd edir ki, son günlər neftin qiymətinin dəyişkənliyini bir tərəfdən geosiyasi və hava şəraiti amilləri, digər tərəfdən isə zəif olan iqtisadi fundamental göstəricilərlə əlaqələndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR