Bank Of Baku

BFB-da 10100122S seriyalı 18,668 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10100122S seriyalı 18,668 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 13 yanvar 2009 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10100122S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 20,04 mln. manat təşkil edib. Sifarişlər 99,31% (gəlirlik 7,25%) – 99,56% (gəlirlik 4,61%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,45% (gəlirlik 5,77%), orta ölçülmüş qiymət isə 99,50% (gəlirlik 5,24%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 18,668 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 17-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR