Bank Of Baku

Dünya bazarında neft 19 sent bahalaşıb

Dünya bazarında neft 19 sent bahalaşıb
# 14 yanvar 2009 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,19 dollar və ya 0,51% artaraq 1 barelə görə 37,78 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,92 dollar artaraq 44,83 dollar təşkil edib.
Neftin bahalaşmasına, daha dəqiq desək, ucuzlaşmanın dayanmasına Səudiyyə Ərəbistanın neft hasilatı üzrə ona aid olan limitin fevralda tam istifadə edilməyəcəyi barədə bəyanatı təsir edib. Bu bəyanat ölkə tərəfindən OPEC çərçivəsində razılaşdırılmış hasilat limitindən az miqdarda neft hasil etməsi deməkdir. Səydiyyə Ərəbistanın rəsmiləri bu bəyanatı neft bazarı və qiymətlərin tarazlaşdırılması zəruriliyi ilə izah edir.
Bundan başqa, neftin qiymətinə ABŞ-ın şərq sahillərində soyuq hava şəraiti və Rusiya ilə Ukrayna arasında qaz münaqişəsi stimul yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR