Bank Of Baku

Dow Jones indeksi 0,3% enib, S&P 500 isə 0,2%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,3% enib, S&P 500 isə 0,2%, Nasdaq 0,5% yüksəlib
# 14 yanvar 2009 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 8448,56 bəndədək enib, S&P 500 isə 0,2% - 871,79 bəndədək, Nasdaq 0,5% - 1546,46 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarı hazırda mənfi korporativ xəbərlərin təsiri altındadır. Məsələn, ABŞ-ın alüminium istehsalı sahəsində ən iri şirkətlərdən biri olan «Alcoa» tərəfindən 2007-ci ilin IV rübündə 632 mln. dollar məbləğində mənfəət əldə etdiyi halda 2008-ci ilin IV rübündə 1,19 mlrd. dollarlıq zərərlə üzləşib.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,6% - 4399,15 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3197,89 bəndədək, Almaniya DAX-ı isə 1,75% - 4636,94 bəndədək enib. Avropa da aparıcı indekslərin enməsi korporativ xəbərlərin açıqlanması nəticəsində baş verib. Kotirovkaların enməsi əsasən maliyyə və dağ-mədən sektorlarında müşahidə olunub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3256 dollar (-0,52%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR