Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 18 383,6 min manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 18 383,6 min manatlıq notları yerləşdirilib
# 14 yanvar 2009 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50100221S seriyalı, ümumi həcmi 60 mln. manat, hərraca çıxarılan həcmi 40 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 18 383,6 min manat təşkil edib. Sifarişlər 99,54% (gəlirlik 5,94%) – 99,69% (gəlirlik 4,00%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,54% (gəlirlik 5,94%), orta ölçülmüş qiymət isə 99,65% (gəlirlik 4,52%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 2 037 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 18 383,6 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 11-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR