Bank Of Baku

Dünya bazarında neftin ucuzlaşması davam edir

Dünya bazarında neftin ucuzlaşması davam edir
# 15 yanvar 2009 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,50 dollar və ya 1,32% azalaraq 1 barelə görə 37,58 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar artaraq 45,08 dollar təşkil edib.
Neftin qiymətinin bu cür dəyişməsinə əsas səbəb ABŞ-da neft ehtiyatlarının artması barədə məlumatların açıqlanması olub. Belə ki, ötən həftə ABŞ-da neft ehtiyatları 1,2 mln. barel artaraq 326,6 mln. barelə, benzin ehtiyatları 2,1 mln. barel artaraq 213,5 mln. barelə, dizel yanacağı və mazut ehtiyatları isə 6,4 mln. barel artaraq 144,2 mln. barelə çatıb. Eyni zamanda NYMEX-də ticarət olunan fyuçers kontraktları üzrə tədarük olunan neftin saxlanılma yeri olan ABŞ-ın Kuşinq terminalında ehtiyatlar 33 mln. barel təşkil edərək, tarixi maksimuma yaxınlaşıb (34 mln. barel).
Qeyd edək ki, OPEC rəsmilərinin mart ayında neft hasilatının azaldılmasına dair qərarın qəbul edilməsi barədə bəyanatlar bazara heç bir təsir etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR