Bank Of Baku

Dow Jones indeksi 2,94%, S&P 500 isə 3,34%, Nasdaq 3,67% enib

Dow Jones indeksi 2,94%, S&P 500 isə 3,34%, Nasdaq 3,67% enib
# 15 yanvar 2009 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 14-də Amerika fond bazarında Dow Jones indeksi 2,94% - 8200,14 bəndədək, S&P 500 isə 3,34% - 842,68 bəndədək, Nasdaq 3,67% - 1489,64 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın aparıcı indekslərin enməsi həm makroiqtisadi, həm də korporativ xəbərlərin nəticəsində baş verib. Belə ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı hesabata əsasən, dekabrda pərakəndə satışın həcmi 2,7%, son bir ildə isə 9,8% azalaraq 343,2 mlrd. dollar təşkil edib. Eyni zamanda məlum olub ki, idxal olunan mallar üzrə qiymətlər ay ərzində 4,2%, il ərzində 9,3% düşüb. Bundan başqa, «Citigroup» tərəfindən «Morgan Stanley»ə öz broker bölməsinin nəzarət səhm zərfinin satılması bazar iştirakçıları tərəfindən məcburi addım kimi qiymətləndirilib ki, nəticədə «Citigroup»un səhmləri 23% ucuzlaşıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 4,97% - 4180,64 bəndədək, Fransa CAC-40-ı 4,56% - 3052 bəndədək, Almaniya DAX-ı isə 4,63% - 4422,35 bəndədək enib. Avropanın aparıcı indekslərin enməsinə korporativ xəbərlər səbəb olub. Məsələn, «Deutsche Bank»ın ötən ilin IV rübündə 4,8 mlrd. avro, il ərzində isə 3,9 mlrd. avro zərər əldə etməsi bu bankın səhmlərini 9%, «Commerzbank»ın səhmlərini 11%, «BNP Paribas»ın səhmlərini isə 5,7% ucuzlaşdırıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3178 (-0,59%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR