Bank Of Baku

Dünya bazarında neftin qiyməti 35 dollara düşüb

Dünya bazarında neftin qiyməti 35 dollara düşüb
# 16 yanvar 2009 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,88 dollar və ya 5% azalaraq 1 barelə görə 35,40 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar azalaraq 44,69 dollar təşkil edib.
Neft bazarında dünya iqtisadiyyatının geriləməsi nəticəsində neftə tələbatın azalması ehtimalları qiymətləri aşağı salır. Qeyd edək ki, OPEC öz aylıq hesabatında 2009-cu il üçün neft tələbatının 2008-ci illə müqayisədə gündə 1,4 mln. barel səviyyəsində azalaraq 29,48 mln. barel təşkil etməsi barədə məlumat yayıb.
Dünyanın ən iri iqtisadiyyatı olan ABŞ-da makroiqtisadi göstəricilərin pisləşməsinin davam etməsi də neft bazarına təsir edib. Belə ki, ABŞ-da ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı 54 min nəfər artaraq həftə ərzində 524 minə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR