Bank Of Baku

Dow Jones indeksi 0,15%, S&P 500 0,13%, Nasdaq isə 1,49% yüksəlib

Dow Jones indeksi 0,15%, S&P 500 0,13%, Nasdaq isə 1,49% yüksəlib
# 16 yanvar 2009 07:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,15% - 8212,49 bəndədək, S&P 500 0,13% - 843,74 bəndədək, Nasdaq isə 1,49% - 1511,84 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın aparıcı indekslərin yüksəlməsinə əsasən makroiqtisadi göstəricilər səbəb olub. Belə ki, ABŞ-da ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı 54 min nəfər artaraq həftə ərzində 524 minə çatıb. Bu isə ilkin proqnozlardan bir qədər azdır. Eyni zamanda, Amerikanın ən iri banklarından biri olan «Bank of America»nın hökumət yardımına ehtiyacı olması barədə yayılan məlumatlar bank sektoruna təzyiq edərək, bu bankın səhmlərini 18%, «Citigroup»un səhmlərini 15% ucuzlaşdırıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,42% - 4122,11 bəndədək, Fransa CAC-40-ı 1,84% - 2995,88 bəndədək, Almaniya DAX-ı isə 1,94% - 4336,75 bəndədək enib. Avropada kotirovkaların enməsi əsasən bank və neft-qaz sektorunda müşahidə olunub. Belə ki, Britaniyanın «Lloyds TSB Group»un səhmləri 11,7%, HSBC-nin səhmləri 7%, Almaniya «Commerzbank»ının səhmləri 9,7%, «Deutsche Postbank»ın səhmləri 17,7%, «Deutsche Bank»ın səhmləri 4,4%, BP-nin səhmləri 0,8%, «Royal Dutch Shell»in səhmləri 2,4% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3218 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR