Bank Of Baku

Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb
# 19 yanvar 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,11 dollar və ya 3,15% artaraq 1 barelə görə 36,51 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,11 dollar azalaraq 46,57 dollar təşkil edib.
Neftin kotirovkalarının fərqli istiqamətlərdə dəyişməsi neft bazarında hökm sürən qeyri-müəyyənliyi əks etdirir. Eyni zamanda, bazar iştirakçılarının yaxın fevral və mart ayları üçün bağladıqları fyuçers kontraktları üzrə kəskin qiymət fərqi müşahidə olunur. Belə ki, mart fyuçersləri təxminən 10 dollar daha yüksək qiymətlə bağlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR