Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,7%, Nasdaq isə 1,1% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,7%, Nasdaq isə 1,1% yüksəlib
# 19 yanvar 2009 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 8281,22 bəndədək, S&P 500 0,7% - 850,12 bəndədək, Nasdaq isə 1,1% - 1529,33 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına biri-birinə zidd olan makroiqtisadi göstəricilər və korporativ xəbərlər təsir edərək kotirovkaların kiçik miqdarda yüksəlməsinə səbəb olub. Belə ki, dekabrda ABŞ-da istehlak qiymətləri indeksinin əvvəlki aya nisbətən 0,7%, eyni zamanda istehsalın 2% azaldığı müəyyənləşib. Bundan əlavə, bir sıra bank öz hesabatını açıqlamaqla indekslərin enməsinə səbəb olub. Məsələn, ötən ilin IV rübündə «Bank of Amerika» 1,79 mlrd. dollar, «Citigroup» isə 8,29 mlrd. dollar məbləğində zərər çəkib. Nəticədə, «Bank of Amerika»nın səhmləri 14%, «Citigroup»un səhmləri isə 8,6% ucuzlaşıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,63% - 4147,06 bəndədək, Fransa CAC-40-ı 0,70% - 3016,75 bəndədək, Almaniya DAX-ı isə 0,68% - 4366,28 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3341 (+0,93%) dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR