Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində əqd bağlanılmayıb

Bu gün BBVB-nin valyuta bölməsində əqd bağlanılmayıb
# 19 yanvar 2009 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8032 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8032 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
Beləliklə hər iki sessiyanın nəticələrinə görə, USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,57%, ABŞ dolları üzrə isə illik 16,38% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 1,5 mln. AZN, iki ədəd hər birinin həcmi 2 mln. USD, müddətləri 90, 120 və 180 gün və faiz dərəcələri 16,00%, 15,00% və 16,00% təşkil edən əqdlər qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR