Bank Of Baku

Avropanın aparıcı fond indeksləri enib

Avropanın aparıcı fond indeksləri enib
# 20 yanvar 2009 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 19-da Amerika fond bazarında Martin Lyuter Kinq Günü olduğundan ticarət əməliyyatları aparılmayıb. Yanvarın üçüncü bazar ertəsi günü ABŞ-da ənənvi olaraq irqçiliyə qarşı mübarizə hərəkatının lideri olan M.L.Kinq günü kimi qeyd olunur və iş günü sayılmır.
«APA-Economics»in məlumatına görə, ötən həftənin sonuncu iş günündə ABŞ-ın fond bazarında Dow Jones indeksi 0,8% - 8281,22 bəndədək, S&P 500 0,7% - 850,12 bəndədək, Nasdaq isə 1,1% - 1529,33 bəndədək yüksəlib.
Avropa bazarlarında isə yanvarın 19-da Britaniya FTSE 100 indeksi 0,93% - 4108,47 bəndədək, Fransa CAC-40-ı 0,90% - 2989,69 bəndədək, Almaniya DAX-ı isə 1,15% - 4316,14 bəndədək enib. Qeyd edək ki, Avropada mənfi hesabatlarına görə bir sıra bankın səhmləri kəskin ucuzlaşıb. Belə ki, «Royal Bank of Scotland»ın 2008-ci ilin yekununda 41 mlrd. dollar məbləğində zərərlə üzləşməsi barədə hesabatın açıqlanması bankın səhmlərini 64,3% ucuzlaşdırıb. Bundan başqa, Britaniyanın «Lloyds Banking Group»un səhmləri 34%, «Deutsche Bank»ın səhmləri isə 11% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3023 (-2,38%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR