Bank Of Baku

Dünya bazarında neftin ucuzlaşması davam edir

Dünya bazarında neftin ucuzlaşması davam edir
# 20 yanvar 2009 08:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında Martin Lyuter Kinq Günü olduğundan ticarət əməliyyatları aparılmayıb. Yanvarın üçüncü bazar ertəsi günü ABŞ-da ənənvi olaraq irqçiliyə qarşı mübarizə hərəkatının lideri olan M.L.Kinq günü kimi qeyd olunur və iş günü sayılmır.
Qeyd edək ki, əvvəlki gün, yəni yanvarın 16-da keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,11 dollar və ya 3,15% artaraq 1 barelə görə 36,51 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 19-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,05 dollar azalaraq 44,50 dollar təşkil edib.
Qeyd edək ki, neftin ucuzlaşmasına əsas səbəb dünya iqtisadiyyatının vəziyyətinin pisləşməsi ehtimalları ilə bağlıdır. Bundan başqa, ABŞ-da neft ehtiyatlarının rekord səviyyəyə çatması da bazara təsir göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR