Bank Of Baku

Dünya bazarında neft 6% bahalaşıb

Dünya bazarında neft 6% bahalaşıb
# 21 yanvar 2009 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 2,23 dollar və ya 6,11% artaraq 1 barelə görə 38,74 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 20-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,95 dollar azalaraq 43,62 dollar təşkil edib.
Neft bazarında qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədi ilə OPEC tərəfindən atılan addımlar hələ də fayda vermir. Bu fonda OPEC-in yeni prezidenti Botelyo de Vaskonselos bəyan edib ki, OPEC neft hasilatının azaldılmasına dair son qərarını tam həcmdə icra edəcək və bu azalma qiymətlərin tarazlaşdırılması üçün kifayət etməlidir. B.Vaskonselos həmçinin neftin 2009-cu ildə 75 dollara qədər bahalaşmağa potensiala malik olduğunu da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR