Bank Of Baku

Dow Jones indeksi 4%, S&P 500 5,3%, Nasdaq isə 5,9% enib

Dow Jones indeksi 4%, S&P 500 5,3%, Nasdaq isə 5,9% enib
# 21 yanvar 2009 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 20-də Amerika fond bazarında Dow Jones indeksi 4% - 7949,09 bəndədək, S&P 500 5,3% - 805,22 bəndədək, Nasdaq isə 5,9% - 1440,86 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında maliyyə qurumları, o cümlədən bankların səhmləri kəskin ucuzlaşıb. Belə ki, «Bank of Amerika»nın səhmləri 29%, «Citigroup»un səhmləri 20%, «State Street» şirkətinin səhmləri 55%, «PNC Financial Services Group» şirkətinin səhmləri 40%, «Bank of New York Mellon Corp.»un səhmləri isə 17% ucuzlaşıb.
Avropa bazarlarında yanvarın 20-də Britaniya FTSE 100 indeksi 0,42% - 4091,40 bəndədək, Fransa CAC-40-ı 2,30% - 2925,28 bəndədək, Almaniya DAX-ı isə 1,77% - 4239,85 bəndədək enib. Həm Avropa, həm də Amerika fond meydançalarında bankların milliləşdirmə ehtimallarının tədricən reallaşması investorlara mənfi təsir edib. Bu addımın maliyyə sektorunun bərpası çərçivəsində aparılmasını dərk edən bazar iştirakçıları eyni zamanda bu prosesin kütləvi xarakter almasından ehtiyyatlanırlar. Nəticədə, bank və maliyyə qurumlarının səhmlərinə maraq kəskin azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2891 (-1,01%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR