Bank Of Baku

Dünya bazarlarında neft 12% bahalaşıb

Dünya bazarlarında neft 12% bahalaşıb
# 22 yanvar 2009 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 4,81 dollar və ya 12,42% artaraq 1 barelə görə 43,55 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 21-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,40 dollar artaraq 45,02 dollar təşkil edib.
WTI neftinin kəskin bahalaşması texniki xarakter daşıyır: yanvarın 21-də fevral fyuçerslərinin ticarət müddətinin bitməsi və artıq mart fyuçersləri üzrə əqdlərin bağlanmasına başlanması qiymətləri artırıb.
Ümumilikdə isə, OPEC-in hasilatın azaldılmasına dair qərarına bütün üzv-dövlətlər tərəfindən əməl edilməsi barədə məlumatlar və ABŞ-ın yeni administrasiyası tərəfindən iqtisadiyyatın bərpası üçün real sektoru, maliyyə sektoru, daşınmaz əmlak bazarı və digər sahələri əhatə edən geniş tədbirlər planı hazırlaması neft bazarına müsbət təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR