Bank Of Baku

Dow Jones indeksi 3,5%, S&P 500 4,3%, Nasdaq isə 4,6% yüksəlib

Dow Jones indeksi 3,5%, S&P 500 4,3%, Nasdaq isə 4,6% yüksəlib
# 22 yanvar 2009 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 21-də Amerika fond bazarında Dow Jones indeksi 3,5% - 8228,10 bəndədək, S&P 500 4,3% - 840,24 bəndədək, Nasdaq isə 4,6% - 1507,07 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında yeni administrasiyanın iqtisadiyyatın bərpasına dair tədbirlər planının hazırlanması əsasən maliyyə sektorunda kotirovkaları yüksəldib. Qeyd edək ki, iqtisadiyyatın real sektoruna yönəldilən bərpa planı artıq Konqres tərəfindən baxılır və ona əlavə olaraq bank sektoru və daşınmaz əmlak sektoru üzrə də tədbirlər planı hazırlanır.
Avropa bazarlarında isə enmə tendensiyalar həftənin əvvəlindən davam etməkdədir. Belə ki, yanvarın 21-də Britaniya FTSE 100 indeksi 0,77% - 4059,88 bəndədək, Fransa CAC-40-ı 0,67% - 2905,57 bəndədək, Almaniya DAX-ı isə 0,50% - 4261,15 bəndədək enib. Kotirovkaların enməsinə səbəb həm bir sıra iri şirkət və bankların mənfi hesabatlarının açıqlanması, həm də makroiqtisadi göstəricilər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3027 dollar (+1,06%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR