Bank Of Baku

Dünya bazarında neft 12 sent bahalaşıb

Dünya bazarında neft 12 sent bahalaşıb
# 23 yanvar 2009 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,12 dollar və ya 0,28% artaraq 1 barelə görə 43,67 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 22-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar artaraq 45,39 dollar təşkil edib.
Ötən gün neft bazarında bir neçə zidd amil təsir edib. O cümlədən, bazar iştirakçıları ABŞ-ın yeni prezidenti Barak Obamanın iqtisadi planlarına böyük ümid bəsləyirlər və bu, müsbət amil kimi qəbul olunur. Bundan başqa, Səudiyyə Ərəbistanın OPEC-in müəyyənləşdirdiyi kvotadan əlavə hasilatı gündə daha 30 min barel azaltması da bazara müsbət təsir edib. Bununla yanaşı, ABŞ-ın Energetika Nazirliyi ötən həftə ölkədə neft ehtiyatlarının yenidən artdığını açıqlayıb. Belə ki, həftə ərzində neft ehtiyatları 6,1 mln. barel artaraq 332,7 mln. barelə, benzin ehtiyatları 6,5 mln. barel artaraq 220 mln. barelə, dizel yanacağı və mazut ehtiyatları 800 min barel artaraq 145 mln. barelə çatıb. Bu məlumatlar neft bazarında enmə tendensiyalarına səbəb olub ki, nəticədə yuxarıda qeyd olunan müsbət amillərin təsiri heçə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR