Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,5%, Nasdaq isə 2,8% enib

Dow Jones indeksi 1,3%, S&P 500 1,5%, Nasdaq isə 2,8% enib
# 23 yanvar 2009 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 22-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 8122,80 bəndədək, S&P 500 1,5% - 827,50 bəndədək, Nasdaq isə 2,8% - 1465,49 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, yanvarın 22-də dərc olunmuş makroiqtisadi və korporativ məlumatlar ABŞ fond bazarında kotirovkaların enməsinə səbəb olub. Belə ki, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən həftə ərzində 62 min artaraq 589 minə çatıb. Bundan başqa, tikintisi başlanan binaların sayı dekabrda 15,5% azalaraq 550 minə çatıb. Hər iki göstərici proqnozlardan daha aşağı olub. Korporativ xəbərlər nəticəsində isə «Microsoft» şirkətinin səhmləri 12%, «Nokia»nın səhmləri 10,2%, «eBay» İnternet Hərrac Mərkəzinin səhmləri 12%, «Bank of Amerika»nın səhmləri 14,5% ucuzlaşıb. Bu şirkətlərin hər birinin maliyyə göstəriciləri mənfi olub.
Avropa bazarlarında isə yanvarın 22-də Britaniya FTSE 100 indeksi 0,12% - 4052,23 bəndədək, Fransa CAC-40-ı 1,24% - 2869,62 bəndədək, Almaniya DAX-ı isə 0,98% - 4219,42 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2994 (-0,25%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR