Bank Of Baku

BFB-da 10500422S seriyalı 1 083,2 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10500422S seriyalı 1 083,2 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 23 yanvar 2009 15:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500422S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 1 083 200 manat təşkil edib. Sifariş 91,76% (gəlirlik 9,00%) qiymət ilə təqdim olunub. Emitent istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 91,76% (gəlirlik 9,00%) səviyyəsində müəyyənləşdirib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 083,2 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin yanvarın 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR