Bank Of Baku

Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb
# 26 yanvar 2009 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 2,80 dollar və ya 6,41% artaraq 1 barelə görə 46,47 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 23-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,98 dollar artaraq 48,37 dollar təşkil edib.
Neft bazarına OPEC-in üzvləri tərəfindən neft hasilatının azaldılması barədə məlumatlar dəstək verib. Belə ki, OPEC üzvlərinin yanvarda gündəlik hasilatın həcminin dekabra nisbətən daha 1,55 mln. barel azaldacağı məlum olub. Mütləq ifadədə OPEC-in yanvarda gündəlik hasilatının 26,1 mln. barel təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR