Bank Of Baku

ABŞ və Avropa birjalarında əsas indekslər yüksəlib

ABŞ və Avropa birjalarında əsas indekslər yüksəlib
# 27 yanvar 2009 08:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 8116,03 bəndədək, S&P 500 0,5% - 836,57 bəndədək, Nasdaq isə 0,8% - 1489,46 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, yanvarın 26-da ABŞ fond bazarında yüksəlmə tendensiyalarına dünyanı ən iri farmaseptik şirkəti olan «Pfizer» tərəfindən rəqibi olan «Wyeth» şirkətini 68 mlrd. dollara almaq niyyəti barədə məlumatlar və ABŞ-ın bir sıra müsbət makroiqtisadi göstəriciləri səbəb olub. Eyni zamanda bəzi mənfi xəbərlər, o cümlədən bir neçə iri şirkətin kütləvi ixtisarlar barədə məlumatları kotirovkaların nəzərə çarpan dərəcədə yüksəlməsinə mane olub.
Avropa bazarlarında yanvarın 26-da Britaniya FTSE 100 indeksi 3,86% - 4209,01 bəndədək, Fransa CAC-40-ı 3,73% - 2955,37 bəndədək, Almaniya DAX-ı isə 3,54% - 4326,87 bəndədək yüksəlib. Avropanın fond bazarlarına makroiqtisadi göstəricilər təsir edib. Avropa bazarlarında əsasən bankların kotirovkaları yüksəlib. Belə ki, Britaniya «Barclays» bankının səhmləri 73,2%, Fransa «Credit Agricole»un səhmləri 16,3%, «Societe Generale»in səhmləri isə 11% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3155 (+1,69%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR