Bank Of Baku

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb
# 27 yanvar 2009 09:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,74 dollar və ya 1,62% azalaraq 1 barelə görə 45,73 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 26-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,41 dollar azalaraq 46,96 dollar təşkil edib.
Neft bazarında mənfi tendensiyalar dünya iqtisadiyyatının vəziyyətinin pisləşməsi ehtimallarının artması səbəbindən müşahidə olunub. Beləliklə, son bir neçə gün ərzində müsbət gözləntilərin bazara olan təsiri səngiyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR