Bank Of Baku

BFB-da 10100222S seriyalı 9 902,4 min manatlıq DQİ üzrə əlavə yerləşdirməsi keçirilib

BFB-da 10100222S seriyalı 9 902,4 min manatlıq DQİ üzrə əlavə   yerləşdirməsi keçirilib
# 28 yanvar 2009 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10100222S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 10 706,4 min manat təşkil edib. Sifarişlər 99,44% (gəlirlik 6,63%) - 99,52% (gəlirlik – 5,68%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər 99,52% (gəlirlik 5,68%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 9 902,4 min manat məbləğində, o cümlədən qeyri-rəqabətli sifarişlər 1 377,6 manatlıq həcmində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 27-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR