Bank Of Baku

BFB-da 10500422S seriyalı 1 916,8 min manatlıq DQİ üzrə əlavə yerləşdirməsi keçirilib

BFB-da 10500422S seriyalı 1 916,8 min manatlıq DQİ üzrə əlavə   yerləşdirməsi keçirilib
# 28 yanvar 2009 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500422S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 2 183,0 min manat təşkil edib. Sifarişlər 91,85% (gəlirlik 9,00%) - 91,86% (gəlirlik – 8,98%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər 91,85% (gəlirlik 9,00%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 916,8 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin yanvarın 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR