Bank Of Baku

Dünya bazarında neft kəskin ucuzlaşıb

Dünya bazarında neft kəskin ucuzlaşıb
# 28 yanvar 2009 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatları gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 4,15 dollar və ya 9,08% azalaraq 1 barelə görə 41,58 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 27-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,23 dollar azalaraq 43,73 dollar təşkil edib.
Neft bazarına bir neçə makroiqtisadi amil mənfi təsir göstərib. Belə ki, ABŞ-da mənzillərin qiymətlərinin artıq 2004-cü ilin səviyyəsinə enməsi və enmə tendensiyanın davam etməsi barədə məlumatlar açıqlanıb. Bundan başqa məlum olub ki, yanvar ayında istehlakçıların etibarlılıq indeksi 37,7 bənd təşkil edərək tarixi minimuma enib. Və nəhayət, Amerika Neft İnstitutunun (APİ) məruzəsinə əsasən, ötən həftə ABŞ-ın neft ehtiyatları 800 min barel artıb. Bütün bu amil və göstəricilər neft bazarının iştirakçıları tərəfindən mənfi qarşılanaraq qiymətin enməsi ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR