Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq isə 1% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq isə 1% yüksəlib
# 28 yanvar 2009 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 8174,73 bəndədək, S&P 500 1,1% - 845,71 bəndədək, Nasdaq isə 1% - 1504,90 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, yanvarın 27-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi bir sıra iri şirkətin nisbətən müsbət rüblük hesabatlarının açıqlanması nəticəsində baş verib. Məsələn, bank kredit kartlarının buraxılışı sahəsində ən iri şirkətlərdən biri olan «American Express» IV rübdə xalis mənfəətin 79% azaldığı bəyan etsə də, kreditlər üzrə itkilərin ödənilməsinə yönəldilən xərclərin proqnozdan daha az olması səbəbindən şirkətin səhmləri 9,7% bahalaşıb. Eyni zamanda, bəzi makroiqtisadi göstəricilər kotirovkaların enməsinin arşısını alıb.
Avropa bazarlarında yanvarın 27-də sabitlik müşahidə olunub. Belə ki, Britaniya FTSE 100 indeksi 0,35% - 4194,41 bəndədək, Fransa CAC-40-ı 0,03% - 2954,53 bəndədək, Almaniya DAX-ı isə 0,08% - 4323,42 bəndədək enib. Avropanın fond bazarlarına makroiqtisadi göstəricilər və korporativ xəbərlər təsir edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3241 (+0,65%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR