Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 mln. manatlıq notları yerləşdirilib
# 28 yanvar 2009 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50100421S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 8 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 39 227,4 min manat təşkil edib. Sifarişlər 99,39% (gəlirlik 7,89%) – 99,70% (gəlirlik 3,87%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 99,69% (gəlirlik 4,00%), orta ölçülmüş qiymət isə 99,70% (gəlirlik 3,87%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 3 998,4 min manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 25-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR