Bank Of Baku

Dünya bazarında neft 46 sent ucuzlaşıb

Dünya bazarında neft 46 sent ucuzlaşıb
# 30 yanvar 2009 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,46 dollar və ya 1,1% azalaraq 1 barelə görə 41,70 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 29-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar azalaraq 44,32 dollar təşkil edib.
Neft bazarında kotirovkaların aşağı düşməsinin əsas səbəbi ABŞ-da bir sıra mənfi makroiqtisadi göstəricilərin açıqlanması olub. Belə ki, son hesabat dövründə işsizlik üzrə ilkin müraciətlərin artması, uzunmüddətli istifadə mallarına sifarişlərin azalması, yeni tikililərin satış həcminin azalması müşahidə olunub ki, bu da bazar iştirakçıları tərəfindən ABŞ-da iqtisadi böhranın dərinləşməsi əlamətləri kimi qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR