Bank Of Baku

Yanvarda neft 14% ucuzlaşıb

Yanvarda neft 14% ucuzlaşıb
# 02 fevral 2009 07:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,24 dollar və ya 0,6% artaraq 1 barelə görə 41,68 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 30-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar artaraq 45,88 dollar təşkil edib.
Neftin bahalaşmasını müşahidəçilər ABŞ-da əsas makroiqtisadi göstərici olan ÜDM-in ötən ilin IV rübü üzrə azalma tempinin açıqlanması il əsaslandırırlar. Belə ki, ABŞ Ticarət Nazirliyi tərəfindən açıqlanan məlumata əsasən, həmin dövrdə ÜDM-in həcmi 3,8% enib ki, bu da bazar iştirakçılarının gözlədiyindən 1,6 faiz bəndi daha müsbət nəticədir.
Qeyd edək ki, yanvarın sonunda neftin qiymətləri dəyişkən olsa da, ümumilikdə ay ərzində qiymətlər 14% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR