Bank Of Baku

Dow Jones indeksi 1,8%, S&P 500 2,3%, Nasdaq isə 2,1% enib

Dow Jones indeksi 1,8%, S&P 500 2,3%, Nasdaq isə 2,1% enib
# 02 fevral 2009 07:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 30-da Amerika fond bazarında Dow Jones indeksi 1,8% - 8000,46 bəndədək, S&P 500 2,3% - 825,88 bəndədək, Nasdaq isə 2,1% - 1476,42 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, yanvarın 30-da ABŞ fond bazarına ÜDM-in ötən ilin IV rübü üzrə 3,8% azalması barədə məlumatlar mənfi təsir edib. Qeyd edək ki, əvvəlki rübdə ABŞ-da ÜDM 0,5% azalıb ki, bu da ölkənin iqtisadi geriləməyə rəsmi daxil edilməsidir, çünki bu anlayış ÜDM-in ardıcıl iki rüb ərzində azalması təqdirdə tətbiq olunur. ÜDM-in nisbət göstəricisi 1982-ci ildən sonra ən mənfi göstərici olub ki, həmin il ABŞ-da ÜDM 6,4% azalıb.
Avropa bazarlarında yanvarın 30-da Britaniya FTSE 100 indeksi 0,97% - 4149,64 bəndədək, Fransa CAC-40-ı 1,19% - 2973,92 bəndədək, Almaniya DAX-ı isə 2,03% - 4338,35 bəndədək enib. Avropa bazarlarında ABŞ-ın iqtisadi geriləməsi faktiki olaraq rəsmiləşdirilməsi və Avrozonada bir sıra mənfi makroiqtisadi göstəricilərin təsiri müşahidə olunub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2722 (-1,33%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR