Bank Of Baku

Qızılın qiyməti 910 dollara çatıb

Qızılın qiyməti 910 dollara çatıb
# 02 fevral 2009 14:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 2-də Asiya bazarlarında qızılın 1 unsiyasının qiyməti 908,5 ABŞ dolları təşkil edib və bu, yanvarın 30-da qiymətlərin Nyu-Yorkun NYMEX əmtəə birjasında yarımillik rekordundan (927,3 dollar) sonra nəzərə çarpan bir eniş olub. «APA-Economics»in məlumatına görə, ötən həftə ərzində qızılın qiyməti 3,5%, yanvar ayı ərzində isə 4,9% artıb.
Qızılın bahalaşmasına əsas səbəb dünya maliyyə bazarlarında böhran nəticəsində yaranmış qeyri-müəyyənlik və enmə tendensiyaları olub. Belə ki, fond bazarlarında kotirovkaların enməsi, səhmlərin ucuzlaşması, valyuta bazarlarında qeyri-müəyyənlik investorları daha təhsükəsiz aktiv olan qızıla sərmayə qoymağa vadar edib. Bu proseslər qiymətli kağızlar və valyuta bazarlarındakı hadisələr, makroiqtisadi, mikroiqtisadi, yəni korporativ xəbər və göstəricilər səbəbindən baş verir ki, buna investorlar əksər hallarda təsir edə bilmir və bu, öz növbəsində investorları çox narahat edir. Məsələn, yanvarın 30-da ABŞ-da ilin sonuncu rübündə ÜDM-in 3,8% azalması məlumatı fond bazarlarına mənfi təsir edərək bir ticarət sessiya ərzində qızılın qiymətini 22,2 dollar və ya 2,5% bahalaşdırıb. Fevralın 2-də isə Asiya bazarlarında qızılın 18,8 dollar və ya 2% ucuzlaşması bazarda vəziyyəti tam əks etdirmir.
Azərbaycanda bu proseslərin tam əksi müşahidə olunur. Belə ki, hazırda Azərbaycanda qızılın rəsmi məzənnəsi 742,3 manat (cari məzənnə ilə 919,5 dollar) təşkil edir ki, bu da ötən ilin avqustun 1-də olan qiymətin təkrarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR