Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,05% enib, Nasdaq isə 1,22% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,05% enib, Nasdaq isə 1,22% yüksəlib
# 03 fevral 2009 07:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 7936,75 bəndədək, S&P 500 0,05% - 825,43 bəndədək enib, Nasdaq isə 1,22% - 1494,43 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, fevralın 2-də ABŞ fond bazarına makroiqtisadi xəbərlər mənfi təsir edib. Belə ki, ABŞ Ticarət Nazirliyinin hesabatlarına görə, dekabrda fərdi xərclər 1%, ümumi tikinti xərcləri 1,4% enib. Eyni zamanda, istehsal sahəsində işgüzar fəallıq indeksi yanvarda dekabr ayı ilə müqayisədə 32,9 bənddən 35,6 bəndədək artıb.
Avropa bazarlarında fevralın 2-də Britaniya FTSE 100 indeksi 1,83% - 4077,78 bəndədək, Fransa CAC-40-ı 1,48% - 2930,05 bəndədək, Almaniya DAX-ı isə 1,55% - 4271,04 bəndədək enib. Avropa bazarlarında əsasən bankların və maliyyə qurumlarının səhmləri ucuzlaşıb ki, buna səbəb onların milliləşdirməsi ehtimalları olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2871 (+1,17%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR