Bank Of Baku

Neftin qiyməti 40 dollara düşüb

Neftin qiyməti 40 dollara düşüb
# 03 fevral 2009 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,60 dollar və ya 3,84% azalaraq 1 barelə görə 40,08 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 2-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,06 dollar azalaraq 43,86 dollar təşkil edib.
Neftin ucuzlaşması ABŞ iqtisadiyyatındakı geriləmənin dərinləşməsinin sübutu olan bir sıra mənfi makroiqtisadi göstəricilərin açıqlanması səbəbindən baş verib. Bazar iştirakçıları hesab edirlər ki, bu cür vəziyyətdə neftə olan tələbatın artmasını gözləmək çətindir. Fevralın 2-də ABŞ Ticarət Nazirliyi dekabrda fərdi xərclərin 1%, ümumi tikinti xərclərinin 1,4% enməsi barədə hesabat açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR