Bank Of Baku

OPEC-in hasilatın azalması barədə xəbərləri neftin qiymətini artırıb

OPEC-in hasilatın azalması barədə xəbərləri neftin qiymətini artırıb
# 04 fevral 2009 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,70 dollar və ya 1,75% artaraq 1 barelə görə 40,78 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 3-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar artaraq 44,08 dollar təşkil edib.
Neft bazarına OPEC tərəfindən yanvar ayında gündəlik neft hasilatının dekabrla müqayisədə 3,5% azalaraq 28,565 mln. barelə çatması barədə məlumatları daxil olub ki, bu da qiymətləri artırıb. Bundan əlavə, ABŞ-da yaşayış sahələrinin başa çatmamamış satış indeksinin dekabrda gözlənilmədən 6,3% artması da neft bazarının iştirakçıları tərəfindən müsbət qarşılanıb. Eyni zamanda qeyd olunmalıdır ki, adi vəziyyətdə bu cür amillər neftin qiymətinin artımı 1,75%-dən daha yüksək səviyyədə ola bilərdi, lakin hazırkı dinamika bazarda böhranın təsirinin güclü olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR