Bank Of Baku

Dow Jones indeksi 1,8%, S&P 500 1,6%, Nasdaq isə 1,5% yüksəlib

Dow Jones indeksi 1,8%, S&P 500 1,6%, Nasdaq isə 1,5% yüksəlib
# 04 fevral 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,8% - 8078,36 bəndədək, S&P 500 1,6% - 838,51 bəndədək, Nasdaq isə 1,5% - 1516,30 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, fevralın 3-də ABŞ-da fond indekslərinin yüksəlməsinə makroiqtisadi xəbərlər səbəb olub, xüsusən də avtomobil və daşınmaz əmlak bazarları üzrə hesabatlar. Belə ki, yanvar ayında ABŞ-da satılan avtomobillərin sayı 10,2 mln. təşkil edib ki, bu da digər illərlə müqayisədə çox kiçik göstəricidir. Lakin nəzərə almaq lazımdır ki, oktyabrda ölkədə 10,6 mln., noyabrda 10,2 mln., dekabrda 10,3 mln. avtomobil satılıb. Nəticədə, bazarın stabilləşməsi əlamətlərini görən investorlar hesab edirlər ki, avtomobil bazarı artıq özünün ən minimal həddinə çatıb və bundan sonra onun ya artması, ya da indiki səviyyədə qalmasını gözləmək olar. Bazar iştirakçıları üçün digər müsbət amil kimi ABŞ-da yaşayış sahələrinin başa çatmamamış satış indeksinin dekabrda gözlənilmədən 6,3% artması olub.
Avropa bazarlarında fevralın 3-də Britaniya FTSE 100 indeksi 2,13% - 4164,46 bəndədək, Fransa CAC-40-ı 1,79% - 2982,39 bəndədək, Almaniya DAX-ı isə 2,43% - 4374,96 bəndədək yüksəlib. Avropa bazarlarına bir sıra şirkətlərin hesabatları müsbət təsir edib. Məsələn, Britaniyanın «Vodafone» telekommunikasiya şirkətinin maliyyə hesabatı bu şirkətin səhmlərini 7%, ardınca digər iri telekommunikasiya şirkətləri olan «Telecom Italia»nın səhmlərini 7,3% və «Deutsche Telekom»un səhmlərini 5,4% bahalaşdırıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3010 (+1,08%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR