Bank Of Baku

BFB-da 10300522S seriyalı 7 119,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10300522S seriyalı 7 119,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 04 fevral 2009 13:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10300522S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 7 119,2 min manat təşkil edib. Sifarişlər 96,70% (gəlirlik 7,00%) – 97,25% (gəlirlik 5,80%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 96,70% (gəlirlik 7,00%), orta ölçülmüş qiymət isə 96,72% (gəlirlik 6,95%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 7 119,2 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyulun 31-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR