Bank Of Baku

BFB-da 10100622S seriyalı 18 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10100622S seriyalı 18 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 04 fevral 2009 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10100622S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 29 989,0 min manat təşkil edib. Sifarişlər 99,52% (gəlirlik 5,03%) – 99,55% (gəlirlik 4,71%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,52% (gəlirlik 5,03%), orta ölçülmüş qiymət isə 99,53% (gəlirlik 4,92%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 18 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin martın 10-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR