Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 30 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 30 mln. manatlıq notları yerləşdirilib
# 04 fevral 2009 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50100521S seriyalı, ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 30 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 47 456,0 min manat təşkil edib. Sifarişlər 99,69% (gəlirlik 4,00%) – 99,80% (gəlirlik 2,58%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,75% (gəlirlik 3,22%), orta ölçülmüş qiymət isə 99,76% (gəlirlik 3,09%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 5 995,4 min manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 30 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin martın 4-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR