Bank Of Baku

Neft yenidən ucuzlaşır

Neft yenidən ucuzlaşır
# 05 fevral 2009 07:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,46 dollar və ya 1,13% azalaraq 1 barelə görə 40,32 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 4-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar artaraq 44,15 dollar təşkil edib.
Fevralın 4-də ABŞ-da neft ehtiyatlarının ötən həftə 7,2 mln. barel artaraq 346,1 mln. barelə, benzin ehtiyatlarının 300 min barel artaraq 220,2 mln. barelə, dizel yanacağı və mazut ehtiyatlarının 1,4 mln. barel azalaraq 142,6 mln. barelə çatması barədə Enerji İnformasiya İdarəsinin məlumatı açıqlanıb. Bu da bazar iştirakçılarının gözləmələrindən daha yüksək olduğundan, neftin qiymətinə mənfi təsir edib. Eyni zamanda məlum olub ki, Çin öz strateji neft ehtiyatlarının həcmini 100 mln. barelə çatdırıb və bu həcmi üç dəfə artırmaq niyyətindədir. Bu məlumat neft bazarında yaxın zamanda əlavə tələbat kimi hesab oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR