Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 0,7%, Nasdaq isə 0,08% enib

Dow Jones indeksi 1,5%, S&P 500 0,7%, Nasdaq isə 0,08% enib
# 05 fevral 2009 07:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 4-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 7956,66 bəndədək, S&P 500 0,7% - 832,23 bəndədək, Nasdaq isə 0,08% - 1515,05 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, prezident Barak Obamanın iqtisadi stimullaşdırma planının respublikaçı senatorlarının mövqelərinə görə hələ də qeyri-müəyyənliyi və makroiqtisadi göstəricilər ABŞ fond bazarına təsir edib. Belə ki, yanvar ayında ABŞ-ın özəl sektorunda 522 min nəfər işdən azad olunub. Proqnozlara görə, cari ildə ölkədə işsizlik 8% təşkil edəcək.
Avropa bazarlarında fevralın 4-də Britaniya FTSE 100 indeksi 1,54% - 4228,60 bəndədək, Fransa CAC-40-ı 2,90% - 3068,99 bəndədək, Almaniya DAX-ı isə 2,69% - 4492,79 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların artımı bir sıra iri şirkətlərin müsbət hesabatları səbəbindən baş verib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2837 (-1,33%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR