Bank Of Baku

Neftin qiyməti yüksəlib

Neftin qiyməti yüksəlib
# 06 fevral 2009 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,85 dollar və ya 2,11% artaraq 1 barelə görə 41,17 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 5-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,31 dollar artaraq 46,46 dollar təşkil edib.
Bütün həftə ərzində WTI neftinin qiyməti 1-2% səviyyəsində gündəlik dəyişmə nümayiş etdirib. Bu, bazardakı qeyri-müəyyənliyi, ticarət iştirakçıları tərəfindən hər hansı dəqiq ehtimal və gözləmələrin olmamasını və əsasən bazara təsir edən ciddi makroiqtisadi amillərin olmadığını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR