Bank Of Baku

Dow Jones indeksi 1,34%, S&P 500 1,64%, Nasdaq isə 2,05% yüksəlib

Dow Jones indeksi 1,34%, S&P 500 1,64%, Nasdaq isə 2,05% yüksəlib
# 06 fevral 2009 07:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 5-də Amerika fond bazarında Dow Jones indeksi 1,34% - 8063,07 bəndədək, S&P 500 1,64% - 845,85 bəndədək, Nasdaq isə 2,05% - 1546,24 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, fevralın 5-də ABŞ fond bazarında müsbət tendensiyalar əsasən maliyyə sektoru hesabına müşahidə olunub. Maliyyə qurumlarının səhmlərinin bahalaşması da öz növbəsində Avropa Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin 2% səviyyəsində saxlanılması və İngiltərə Bankı tərəfindən dərəcənin 1,5%-dən 1%-dək endirilməsi fonunda baş verib, çünki bu addımlar gözləmələrlə tam üst-üstə düşüb.
Qəribə olsa da, Avropa bazarlarına həmin tendensiyalar bu dərəcədə müsbət təsir etməyib. Belə ki, Avropa bazarlarında fevralın 5-də Britaniya FTSE 100 indeksi 0,01% - 4228,93 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,09% - 3066,29 bəndədək enib, Almaniya DAX-ı isə 0,39% - 4510,49 bəndədək artıb. Bir sıra maliyyə qurumlarının mənfi hesabatları onların kotirovkalarını endirib. Məsələn, İsveçrənin «Swiss Re» təkrarsığorta şirkətinin səhmləri 28%, Almaniya «Deutsche Bank»ının səhmləri 4,2%, Danimarka «Danske Bank»ının səhmləri 8,1% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2794 (-0,34%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR